Gürcüstanda uzunluğu 240 metr olan şüşəli körpü inşa olunub

Gürcüstanda uzunluğu 240 metr olan şüşəli körpü inşa olunub<span class="qirmizi"></span>

 

Tbilisi, 21 may, AZƏRTAC

Gürcüstanın Zalqa rayonu ərazisində uzunluğu 240 metr olan unikal, şüşəli körpü tikilib.

AZƏRTAC xəbər verir ki, Zalqa rayonunun Daşbaş kanyonu üzərində tikilən körpünün iyunun 15-də istifadəyə veriləcəyi gözlənilir. Dağ yamaclarının birləşdirəcək körpü dərin dərələrin üstündən keçir. Şüşə körpüdə şüşəli kafe-bar da fəaliyyət göstərəcək. Bundan əlavə, burada Ziyarətçi mərkəzi, kanyona giriş yolları, parkinq, yelləncəklər, velosiped yolları, kotteclər və otel kompleksi də olacaq.

Layihənin ümumi dəyəri 50 milyon laridən çoxdur.

 

Xətayi Əzizov

Tbilisi

Mənbə: azertag.az