İran qazı Omana nəql olunacaq

İran və Oman arasında qaz kəmərinin tikintisi ilə bağlı danışıqlar bərpa olunub.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Omana səfər edən İranın neft naziri Cavad Oci ilə omanlı həmkarı Məhəmməd bin Həmd-ül Rəmhi arasında keçirilən görüşdən sonra jurnalistlərə məlumat verilib.

Bildirilir ki, İran qazının Omana nəqli üçün boru kəmərinin tikintisi üzrə danışıqların bərpasına dair razılıq əldə edilib.

Həmçinin Henqam neft yatağının birgə işlənməsi haqqında razılaşma əldə olunub.

Henqam yatağı İran və Oman arasında yeganə birgə neft yatağıdır.

Sia.az

ƏVVƏLKİ XƏBƏR

Masallıda avtomobil 14 yaşlı velosipedçini vuraraq ağır xəsarət yetirib

SONRAKI XƏBƏR

Zaxarova: Xaricdəki rus diplomatları psixoloji zorakılıqla üzləşirlər