Bu ölkələrə səyahət etməyin! - Dünyanın ən təhlükəli şəhərləri - SİYAHI

Qarşıdan yay gəlir və insanlar tətil günlərini səmərəli, unudulmaz etmək üçün əvvəlcədən səyahət proqramlarını planlamağa çalışırlar.

Bəzən isə səyahətçilər gedəcəkləri ölkələr haqqında yetərli bilgiyə sahib olmadıqları üçün tətilləri pis keçir, hətta həyatlarını da təhlükəyə atır.

Ednews səyahət etmək üçün dünyanın ən təhlükəli 15 ölkəsinin siyahısını təqdim edir.

 

1. Kolumbiya

Narkotik ticarəti, soyğunçuluq və partlayışlar Kolumbiyanı turistlər üçün təhlükəli edir. Medellin şəhəri Cənubi Amerikanın ən yaxşı yeri seçilsə də, Kolumbiya dünyanın ən təhlükəli ölkəsi olaraq bu siyahıdadır.

 

2. Yəmən

Yəmənin paytaxtı Sənada üsyançı qruplar mülki əhali üçün böyük təhlükə yaradır. Ölkədəki vətəndaş müharibəsi bölgə əhalinin əksəriyyətinin qida, su və tibbi yardımdan məhrum olmasına səbəb olur.

 

3. El Salvador

El Salvador dünyada qətllərin ən yüksək olduğu ölkələrdən biri kimi tanınır. Ölkədəki quldur dəstələri isə istər yerli əhali, istərsə də turistlər üçün böyük təhlükə yaradır.

 

4. Pakistan

Pakistan illərdir dini qarşıdurmalarla üz-üzədir. Əlavə olaraq zorakılıq halları da ən çox təsadüf olunan ölkələrdən biridir.

 

5. Nigeriya

Burada fəaliyyətdə olan "Boko Haram" terror təşkilatı məktəblərə, restoranlara, otellərə və əyləncə məkanlarına hücum edir. Eyni zamanda Nigeriya da ABŞ Dövlət Departamentinin ən çox xəbərdarlıq etdiyi ölkələrdən biridir.

 

6. Venesuela

Ölkədə su, qida, dərman və elektrik kimi əsas ehtiyacların qeyri-kafi olması sosial narazılığa və cinayət nisbətinin artmasına səbəb olub. Venesuela dünyanın ən tanınmış cinayətkarlarının məskənidir. Oğurluq, qətl, insan alveri ölkədə ümumi zorakılıq hallarının artmasına da gətirib çıxarıb. ABŞ Dövlət Departamenti də öz vətəndaşlarına Venesuela ilə bağlı xüsusi xəbərdarlıq edib.

 

7. Misir

DEAŞ və digər ekstremist təşkilatlar Misirin turizm bölgələri üçün ciddi təhlükələr yaradır. Qrupların nəqliyyatın sıx olduğu əraziləri hədəf aldığı məlumdur.

 

8. Keniya

Keniyada hər il çox sayda terror hücumları olur. Terror təhlükəsi olan ölkə təhlükəli ölkələr siyahısında birinci yerdədir.

 

9. Honduras

Honduras dünyada ən yüksək qətl nisbətinə malikdir. Bundan əlavə, narkotiklərin qanunsuz dövriyyəsi və polis səlahiyyətinin olmaması ölkədə əsas elementlərdəndir.

 

10. Ukrayna

Ukrayna silahlı qüvvələri ilə rusiyayönlü qüvvələr arasında toqquşmalar ölkəni təhlükəli yerə çevirib.

 

11. Filippin

 

Manila kazinosunda adam oğurluğu haqqında demək olar ki, hər kəsə bəllidir. Filippin əcnəbilər tərəfindən qaçırılma riski olan yerlər siyahısındadır.

12. Livan

Livanda bir çox ekstremist qruplar fəaliyyət göstərir. Bundan əlavə, qonşularla münasibətlər və etirazlar ölkədə təhlükəsizlik risklərini artırır.

 

13. Mali

Mali terror hücumları riski yüksək olan bir ölkədir. Xüsusilə restoranlar və otellər bu hücumların hədəfindədir. 2015-ci ildə Raddison otelində baş verən hadisə də bunu sübut edir.

 

14. Banqladeş

Terror hücumları təhlükəsi Banqladeşə xüsusi təsir edir. Təbii fəlakətlər də Banqladeşin təhlükə xalını artıran amillərdəndir.

 

15. Çad

Çadda "DEAŞ", "Əl Qaidə" və "Boko Haram" kimi terror təşkilatları fəaliyyət göstərir. Məhz bu da turistlər və əcnəbilər üçün çox təhlükəli hesab olunur.

 

Nəzrin Beydiyeva

Ednews.net

ƏVVƏLKİ XƏBƏR

Rusiya “Terminator” döyüş maşınlarını Severodonetskə yerləşdirdi

SONRAKI XƏBƏR

“Ondan bu iki sözü eşitmək istəyirəm” - Xanımı Zelenski haqda