KFC Pepsi məhsulları əvəzinə rus limonadları təklif edir

KFC fast-fud restoranlar şəbəkəsi "PepsiCo" şirkətinin Rusiyada içki satışını dayandırdığını elan etməsindən sonra menyuya "Çernoqolovka" limonadlarını salıb. AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, saytda daha ənənəvi "PepsiCo" içkiləri təklif olunmur. Nə "7Up", "7Up Mojito", "Pepsi", nə də "Mirinda"nı sifariş etmək olmur. Onların yanında "sonra olacaq" işarəsini görmək olar. Bunun əvəzinə menyuya Rusiya istehsalı "Çerniqolovka" məhsulları olan "Kola", "Düşes", "Baykal" və portağal dadlı orijinal limonad salınıb.

Xatırladaq ki, martın əvvəlində "PepsiCo" Rusiyada reklam və içki satışını dayandırdığını bəyan etdi. Şirkət eyni zamanda işçilərinin və onların ailələrinin təhlükəsizliyini təmin etmək üçün Ukraynada da fəaliyyətini dayandırıb.

Tural Tağıyev

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Sanksiyalar rublu GÜCLƏNDİRİR: Rusiyanın pul vahidi son 5 ilin maksimumunda- SƏBƏB

SONRAKI XƏBƏR

Məşhur türk aktyorlar Hissin mahnısını oxudu - VİDEO