Nazir müavini: “İşğaldan azad edilmiş ərazilərdə BOEM-dən fəal istifadə olunacaq”

Nazir müavini: “İşğaldan azad edilmiş ərazilərdə BOEM-dən fəal istifadə olunacaq”<span class="qirmizi"></span>

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası zamanı qarşıya “yaşıl enerji zonası” yaratmaq və orada bərpa olunan enerji mənbələrindən (BOEM) istifadə etmək vəzifəsi qoyulub”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov ADA Universitetində keçirilən İtaliya Dizaynı Günü çərçivəsində sualları cavablandırarkən deyib.

Onun sözlərinə görə, günəş panelləri ən sərfəli hesab olunduğundan onlardan istifadə edilməsi planlaşdırılır.

Nazir müavini vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərin bərpasında beş əsas prioritet arasında “yaşıl” enerji vasitəsilə təmiz ətraf mühit yaratmaq da var.

Mənbə: report.az