İtaliyalı memar: “Azad edilmiş ərazilərin bərpası bütün dünya üçün nümunədir”

“Azərbaycanın dizayn və memarlıq sahəsində böyük potensialı var”.

“Report” xəbər verir ki, bunu italiyalı memar Mikele de Lukki ADA Universitetində keçirilən İtaliya Dizayn Günü çərçivəsində çıxış edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində infrastrukturun bərpası işləri çox vacibdir, bu işlər bütün dünya üçün transformasiya nümunəsinə çevrilə bilər.

“Rifaha xidmət edəcək və gələcək nəsillərə miras kimi ötürüləcək şeylər yaratmaq vacibdir. Azərbaycana tövsiyəm odur ki, dayanmasınlar və bu ərazilərin bərpası prosesini sürətləndirsinlər”, - Mikele de Lukki deyib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Nazir müavini: “İşğaldan azad edilmiş ərazilərdə BOEM-dən fəal istifadə olunacaq”

SONRAKI XƏBƏR

Çətin sınaqlardan keçmiş qardaş Azərbaycan xalqı... - Lukaşenko