Azərbaycan Rusiyaya 8 milyon yumurta göndərir - Qıtlıq və bahalaşma olacaq

Azərbaycan Rusiyaya 8 milyon yumurta göndərir - Qıtlıq və bahalaşma olacaq<span class="qirmizi"></span>

Rusiyanın iri market şəbəkələri Azərbaycandan ildə 6-8 milyon yumurta idxalı üçün təklif göndəriblər.
 

Təklifi dəyərləndirmək üçün hazırda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə sənədləşmə işlərinin sürətləndirilməsi istiqamətində işlər aparılır. Sənədlər qaydasına salındıqdan sonra Rusiyaya yumurta ixrac ediləcək.

Bəs Rusiyaya yumurta ixracı yerli bazara nə dərəcədə təsir edəcək?

Məsələyə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli

Bakupost.az -a açıqlamasında deyib ki, əgər Azərbaycanda əmtəə bazarını təmin edəcək yumurta istehsalı varsa, artıq qalan hissənin satışından söhbət gedirsə, bu ölkəyə əlavə gəlir gətirəcək bir addımdır.

Rusiyaya yumurta ixracı əlavə gəlir deməkdir. Yox, əgər yerli istehsal ölkənin tələbatını ödəyəcək səviyyədə deyilsə və sırf Rusiyada yumurta bahadır deyə oraya ixracat nəzərdə tutulubsa, bu, əlavə problemlər yarada bilər:

“Azərbaycanda yumurta istehsalı yerli bazarın tələbatını ödəyəcək qədərdirsə, Rusiyaya yumurta ixracı qıtlıq və qiymət artımı yarada bilər. Buna görə də bu məsələ haqqında bir daha düşünməkdə yarar var. Çünki, əsas məsələ Azərbaycanın özünün tələbatı və bu tələbatın lazımi səviyyədə ödənilməsidir”.

 

Sevinc

Mənbə: www.bakupost.az