ABŞ strateji ehtiyatlarından daha 40 milyon barel neft satacaq

ABŞ Energetika Nazirliyi Strateji Neft Ehtiyatından (SPR) daha 40,1 milyon barrelə qədər neft satacaq.

Trend xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda deyilir.

Energetika Nazirliyi iyunun 21-dən 30-dək 39 milyon barrelə qədər, iyulun 1-dən avqustun 15-dək isə 1,1 milyon barel yüksək kükürdlü neft tədarük etmək niyyətindədir. Müraciətlər iyunun 1-dək qəbul ediləcək. Qurum yanacağın göndəriləcəyi şirkətlərlə müqavilələri iyunun 10-dan gec olmayaraq bağlayacaq.

Qeyd edək ki, bu həcmlər ABŞ-ın mart ayında elan etdiyi altı ay ərzində gündə 1 milyon barel neft satmaq planının bir hissəsidir.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

BMT-dən Talibana çağırış: "Qadınlar təzyiq siyasətindən əl çəkin"

SONRAKI XƏBƏR

Çavuşoğlu vә Riyad әl-Maliki birgә mәtbuat konfransında çıxış ediblәr