AB Rusiyadan qorxur: dondurulan aktivlər şok etdi

AB Rusiyadan qorxur: dondurulan aktivlər şok etdi<span class="qirmizi"></span>

AB ölkələri Rusiya Mərkəzi Bankının cəmi 23 milyard avroluq aktivlərinin dondurulduğunu elan edib.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Hüquqi məsələlər üzrə avrokomissar Didye Reynders bildirib ki, dondurulmuş bu aktivlərin yalnız onda birindən az hissəsi AB-dədir.

Onun sözlərinə görə, Ukraynada fevralda müharibə başlayandan bəri AB-də təxminən 23 milyard avro dondurulub ki, bu da ABŞ-da dondurulan 100 milyardlarla dollardan dəfələrlə azdır.

Bundan əlavə, AB ölkələri rus oliqarxları və məmurları ilə əlaqəsi olduğu iddia edilən yaxta və villalar kimi 10 milyard avroluq aktivləri də dondurub.

Məlumata görə, əksər Avropa ölkəsi sanksiyalara əməl etməkdə ehtiyatlı davranıb, hətta bəziləri Rusiyanın aktivlərinin dondurulması ilə bağlı açıq şəkildə danışmaqdan da imtina ediblər.

Qeyd edək ki, Rusiya Mərkəzi Bankının 300 milyard dollarlıq aktivlərinin dondurulduğu bildirilmişdi.

Mənbə: axar.az