Bakıda ticarət dövriyyəsi artıb

Bakıda ticarət dövriyyəsi artıb<span class="qirmizi"></span>

Bakı. Trend:

Bu ilin ilk 4 ayında Bakı üzrə ticarət dövriyyəsinin həcmi2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 5,4 % artaraq7961,7 mln. manat olub.

Bakı Statistika İdarəsindən Trend-ə verilən məlumata görə, ticarətşəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütünməmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə2,1% artaraq 4 252 mln.manata, qeyri-ərzaq məhsullarının həcmi isə9,7% artaraq 3 709,7 mln. manata bərabər olub.

Məlumata görə, istehlak məhsullarının 37,7%-i hüquqi şəxsstatuslu müəssisələrdə, 35,4%-i fərdi sahibkarlara məxsus ticarətobyektlərində, 26,9%-i isə paytaxtın məhsul bazarlarındasatılıb.

Mənbə: az.trend.az