“Haber Global” komandası Odessada: 22 türk gəmisi limanda çıxılmaz vəziyyətdədir - VİDEO

“Haber Global” komandası Odessada: 22 türk gəmisi limanda çıxılmaz vəziyyətdədir - VİDEO<span class="qirmizi"></span>

 

Qara dəniz sahilindəki liman şəhəri Odessa da Ukraynanı işğal edən Rusiyanın hədəfindədir. Çoxlu ticarət gəmiləri burada çıxılmaz vəziyyətdə qalıb. 100 ticarət gəmisi, eyni zamanda 22 Türkiyə bayraqlı gəmi də limanda lövbər salaraq gözləyir.

“Haber Global”ın müxbiri Murat Karataş və operator Buğra Benlioğlu Odessadakı son vəziyyətlə bağlı reportaj hazırlayıb.

Bildirildiyinə görə, vəziyyətlə bağlı hər hansı dəyişikliyin olmadığı, gəmilərin limandan necə çıxarılacağı hələ də sual altındadır. Bunun üçün humanitar dəhlizin yaradılmasının və gəmilərin limandan çıxacağı zamanda minalanmış ərazilərin zərərsizləşdirilməsinin labüdlüyü vurğulanır, lakin bu istiqamətdə hələki heç bir addım atılmayıb. Ukrayna və Rusiyanın bununla bağlı nə qərar verəcəyi gəmidə qalan dənizçilər və onların ailələri tərəfindən də səbirsizliklə gözlənilir.

 

Mənbə: Haber Global

Mənbə: www.oxu.az