Qobustanda 900 metr uzunluğunda küçə təmir edilib

Qobustanda 900 metr uzunluğunda küçə təmir edilib<span class="qirmizi"></span>

Avtomobil Yolları Dövlət Agentliyi Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində uzunluğu 900, eni 6 metr olan mərkəzi küçənin təmirini yekunlaşdırıb.

“Report” xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, təmir çərçivəsində frezlənmə, yararsız qruntun çıxarılması, əks-dolğu, yol əsasının və küçənin profilə salınması işləri görülüb. Bundan başqa 100 p/m səki daşı yenilənib, yeni asfalt-beton örtüyü döşənib.​

Təmir işləri rayonun Qızıldaş qəsəbənin ümumi uzunluğu 5100 metr təşkil edən, 6 metr enə malik 12, 13 və 14-cü küçələrində də icra olunub.​

Cari ildə Lökbatan, Qızıldaş, Sahil və Qobustan qəsəbələri üzrə təmiri nəzərdə tutulan küçələrin uzunluğu isə 19.6 km təşkil edir. ​

Mənbə: report.az