Çin Rusiya aviaşirkətlərinin təyyarələri üçün hava məkanını bağlayıb

Çin Rusiya aviaşirkətlərinin təyyarələri üçün hava məkanını bağlayıb<span class="qirmizi"></span>

 

Çin Rusiya aviaşirkətləri “Boeing” və “Airbus” təyyarələri üçün hava məkanını bağlayıb.

May ayında Çin bütün aviaşirkətlərdən hava yolları sahibləri, təyyarələr və yerüstü xidmət müqavilələri haqqında məlumatları ehtiva edən elektron faylı yeniləməyi istəyib.

Rusiya aviadaşıyıcıları bu məlumatı yeniləyiblər, lakin Çin idxal edilən təyyarələrin xaricdə rəsmi qeydiyyatdan çıxarılmasının təsdiqini tələb edib.

Rusiya tərəfi bu sənədləri təqdim edə bilməyib, ona görə də Çin beynəlxalq aviasiya qanunvericiliyinə uyğun olaraq uçuşdan imtina edib.

Mənbə: RBC

Mənbə: www.oxu.az