"Qiymət artımı səbəbindən bütün hovuzlar bağlana bilər"- Financial Times

"Qiymət artımı səbəbindən bütün hovuzlar bağlana bilər"-  Financial Times<span class="qirmizi"></span>

 

Böyük Britaniyada qlobal təsirlər səbəbindən iqtisadiyyatın bəzi sahələrində yaranan problemlər genişlənməkdədir. "Financial Times" yazır ki, ölkədə üzgüçülük hovuzları borc və enerji böhranı səbəbindən bağlanma riski ilə üzləşib. Üzgüçülük britaniyalılar arasında ən populyar fiziki fəaliyyət növüdür. Bununla belə, COVID-19 pandemiyasından əvvəl, sənayenin ən böyük operatorlarından biri olan "Swim England" İngiltərədəki 4000 hovuzun təxminən yarısının infrastrukturunun köhnəlməsi və təmirin qeyri-mümkün olması səbəbindən 2030-cu ilə qədər bağlanacağına dair bir hesabat dərc etdi. .

İndi isə karantinlər nəticəsində yaranan problemlərə elektrik enerjisinin qiymətinin artması əlavə olunub. "Swim England"ın baş direktoru Ceyn Nikerson deyib ki, "Pandemiyadan sonra borc yığıldıqca və enerji qiymətləri 2019-cu ildən bəri 100-150% artdıqca, bağlanan hovuzların sayı da güclü şəkildə artacaq".
O, artıq "hər bir hovuzun bağlanma riski var" deyib.

Qəzetə açıqlama verən operatorlar göstərilən xidmətlərin həcmini məhdudlaşdırmaq, işçilərini ixtisar etmək və hovuzlarda suyun temperaturunu azaltmaq niyyətindədirlər. Lakin onlar hesab edirlər ki, bu cür tədbirlər vəziyyəti kökündən yaxşılığa doğru dəyişə bilməz.

Tural Tağıyev
 

 

Mənbə: azvision.az