Quba sakininin sosial yardım problemi - VİDEO

Qubanın Qaraçay kəndinin Ərəbxan yaşayış massivi sakini olan Zaur Xasəmmədov ünvanlı dövlət sosial yardımı ala bilməməsindən şikayətçidir. Birinci qrup əlil olan şikayətçi bildirir ki,
4 nəfərlik ailənin 2 nəfəri azyaşlıdır. Yeganə gəlirləri əlilliyə görə aldığı pensiya və ünvanlı dövlət sosial yardımıdır. Lakin cari ilin yanvar ayında ailəyə ayrılan sosial yardımın müddəti başa çatdığı üçün dayandırılıb. Son 5 ay ərzində sosial yardımın bərpası ilə bağlı edilən müraciətlərinə isə imtina cavabı gəlib.

Zaur Xasəmmədovun sözlərinə görə, sonuncu yəni 7 müraciətinə imtina verilən zaman səbəb kimi ona məxsus fermer təsərrüfatının olması göstərilib. Bu səbəb isə onu həm təəccübləndirib həm də hiddətləndirib.

Zaur Xasəmmədovun sosial yardım problemi ilə bağlı DSMF-a müraciət etdik. Fondun ictimaiyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirildi ki, Xasəmmədov Zaur Yusifəli oğlunun ünvanlı dövlət sosial yardım ilə bağlı 05 may 2022-ci il tarixli müraciətinə ərizə-bəyannamədə ailənin torpaq mülkiyyəti barədə məlumatı düzgün bəyan edilmədiyinə görə elektron sistem tərəfindən imtina verilib. Bu barədə vətəndaşın müraciətində qeyd etdiyi əks-əlaqə vasitəsinə məlumat göndərilib. Bundan başqa Zauf Xasəmmədovla telefon əlaqəsi saxlanılıb. Müəyyən edilib ki, vətəndaşın kənd təsərrüfatına yararlı pay torpağının uçot vəziyyəti dondurulmuş statusundadır. İmtinaya səbəb olmuş hal vətəndaşa izah olunub və torpağın statusunu Vergi xidmətində aktivləşdirdikdən sonra yenidən elektron qaydada müraciət etməsi tövsiyə olunub. İnanırıq bu müraciət Zaur Xasəmmədov üçün yaxşı mənada sonuncu müraciət olacaq. Bununla da ailəyə ünvanlı dövlət sosial yardımı təyin olunacaq.

 

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

R.T.Ərdoğanın köməkçisi Fuat Oktay normallaşma prosesindən danışdı - VİDEO

SONRAKI XƏBƏR

Peter Mixalko Azərbaycan xalqını təbrik edib