Rusiya şirkəti: "Dünyada 18 həftəlik taxıl ehtiyatı qalıb"

Dünyada 18 həftəlik taxıl ehtiyatı qalıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın aqrar bazarları araşdıran və proqnozlaşdıran “Sovekon” şirkəti bildirib.

Rusiyanın Taxıl İxracatçıları Birliyinin İdarə Heyətinin sədri Eduard Zernin deyib ki, vəziyyəti düzəltmək üçün BMT, o cümlədən onun Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı təxirsalınmaz tədbirlər görməlidir. Çünki 2022-2023-cü kənd təsərrüfatı ilinin sonuna qədər (2022-ci il iyulun 1-dən 2023-cü il iyunun 30-nə qədər) nəzərdə tutulan taxıl ehtiyatı 18 həftəyə çatacaq.

İndiyə qədər rekord göstərici 2007-2008-ci kənd təsərrüfatı ilinə təsadüf edib. Onda dünyanın 11 həftəlik taxıl ehtiyatı olub.

Bir müddət əvvəl BMT taxıl idxalının 30%-dən çoxu Rusiya və Ukraynanın payına düşən 50 ölkəyə bu dənli bitkidən ayırıb. Onların çoxu Afrika, Asiya və Yaxın Şərq ölkələridir.

2021-ci ildə Misir və Səudiyyə Ərəbistanı Rusiyadan 2 milyard dollarlıq taxl idxal edib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Gürcüstan XİN: "Azərbaycanla strateji tərəfdaşlığı möhkəmləndirəcəyik"

SONRAKI XƏBƏR

Saleh Rüstəmovun həyat yoldaşı: "Alnıaçıq, ərizə yazmadan azadlığa çıxıb, qürur duyuram"