Dünyada qeyri-adi vergi növləri - Yağ vergisi, əyləncə vergisi və s.

Əksər insanlar vergilərdən söz açıldığı zaman onları “məntiqsiz” yaxud “lazımsız” adlandırır. Bu vəziyyət təkcə Azərbaycanda deyil, eyni zamanda dünyanın digər ölkələrində də belədir.

 

Ednews sizə dünyadakı qeyri-adi vergi növlərini təqdim edir:

 

Lazımsız ərzaq vergisi (Macarıstan)

 

Əgər, Macarıstanda qəlyanaltı etmək istəyirsinizsə, bir paket çips yerinə alma almağınız daha məsləhətlidir. Əks halda, rəsmi olaraq “ictimai sağlamlıq məhsulu vergisi” adlanan lazımsız ərzaq vergisini ödəməli olacaqsınız. Sözügedən vergi növü tərkibində duz və şəkəri yüksək olan qablaşdırılmış qəlyanaltılara, o cümlədən qazlı içkilərə və enerji içkilərinə aiddir. Bu vergi növünün tətbiq edildiyi məhsulların qiymətinə təxminən 20 sent əlavə edir. Macarıstanın Qida və Qidalanma Elmləri üzrə Milli İnstitutu və Ümumdünya Səhiyyə Təşkilatının araşdırmasına görə, vergi ictimai sağlamlıq baxımından faydalı olmayan qida məhsullarının istehsalını azaltmaq və sağlam qidalanmanı təşviq etmək üçün tətbiq edilir. Bunu da qeyd edək ki, Meksikada da əlavə qidalara bu cür vergi tətbiq edilir.

 

Yağ vergisi (Hindistan)

 

Meksika və Macarıstan əlavə qidalara vergi qoyaraq piylənmənin qarşısını almağa çalışan yeganə ölkə deyil. Hindistanın Kerala əyaləti məşhur restoranlarda satılan pizza, burger, sendviç kimi hazır qidalara “yağ vergisi” qoyur. 14,5 faizlik verginin məqsədi insanları hazır qidalardan (fast food) uzaqlaşdırmaq və daha sağlam seçimlər etməyə sövq etməkdir.

 

Əyləncə vergisi (Hindistan)

 

Hindistanda olan qeyri-adi vergilər sadəcə əlavə qidalara tətbiq edilən vergi ilə məhdudlaşmır. Belə ki, Hindistanda əhali əyləncəyə görə də vergi ödəyir. Sözügedən vergi növü, idmanla bağlı tədbirlərə, kino, teatr şouları və əyləncə parkları üçün keçərlidir. Əvvəllər vergi ştatdan ştata dəyişirdi, 15%-dən 110%-ə qədər dəyişirdi.2017-ci ildən bəri tətbiq edilən həmin vergi indi əyləncənin formasından asılı olaraq 5%-dən 28%-ə qədər dəyişir.

 

İngilis dilində olan məktəblərə tətbiq edilən vergi (Banqladeş)

 

Banqladeşdə övladlarının ingilisdilli məktəbə getməsini istəyən valideynlər əlavə vergi ödəməlidirlər. Belə ki, buradakı özəl məktəblər üçün təkcə təhsil haqqını ödəməklə iş bitmir, həm də ingilis dilli məktəblər üçün 15 faiz əlavə dəyər vergisi (ƏDV) ödənilir. Yerdə qalan məktəblər isə bu vergidən azaddır, buna görə Banqladeş Ali Məhkəməsi ƏDV-ni ayrı-seçkilik və qeyri-qanuni elan etmişdir. Amma hökümət hələ də vergi qoymağa və yığmağa davam edir.

 

Spirtli içkilər üçün vergi (Avstraliya)

 

Əgər, Avstraliyada içki içmək istəyirsinizsə,seçdiyiniz içkiyə mütləq diqqət yetirməlisiz. Bunun səbəbi, vergilərin aldığınız spirtli içkinin növündən asılı olaraq dəyişir. Məsələn, Macarıstanda şərabın topdan satış dəyərinin 29%-i həcmində şərab vergisi var. Digər məhsullar alkoqolun tərkibinə görə vergiyə cəlb edilir ki, içki nə qədər sərt olarsa, vergi dərəcəsi bir o qədər yüksək olar.

 

Qoz-fındıq vergisi (İngiltərə)

 

İngiltərədə qoz-fındığı qabıqlı almaq pulunuza qənaət deməkdir. Bunun səbəbi, qabıqlı qoz-fındıqların 20 faiz əlavə dəyər vergisinin olmasıdır. Lakin bu üstünlük fıstıqlar üçün keçərli deyil. Belə ki, fıstıqlar üçün bir istisna var - onlar duzlanmadıqca və ya qovrulmadan qabıqdan təmizlənmiş olsa, vergidən yayınırlar.

 

Robot vergisi (Cənubi Koreya)

 

Cənubi Koreyada robotlarla əvəz edilmiş işçilərdən itirilmiş gəlir vergisini bərpa etmək üçün robotlar üçün ilk dəfə olaraq vergi tətbiq etməyə başlanıb.

 

“Google” vergisi (Fransa)

 

Avropa ABŞ-a nisbətən məxfiliyini daha çox qoruyur, bu da texnoloji şirkətlərə daha çox nəzarətə səbəb olur. Bu vergilər əsasən “Google vergiləri” kimi tanınır və böyük internet şirkətlərinə şamil edilir.

 

Nəzrin Beydiyeva

Ednews.net

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda bu gün BİR İLK - Ən yeni tarixin BAŞLANĞICI

SONRAKI XƏBƏR

İlham Əliyev Hulusi Akarı qəbul etdi