Heydər Əliyev Beynəlxalq Aeroportu “LOT” aviaşirkətinin ilk reysini qəbul edib

Bu gün səhər Heydər Əliyev Beynəlxalq Aeroportunda “LOT” aviaşirkətinin Varşavadan yerinə yetirilmiş ilk sərnişin reysinin təntənəli açılışı olub.

Bu barədə “Report” Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətinə istinadən məlumat verib.

Məlumata görə, ənənəvi olaraq, Bakı hava limanında yeni aviadaşıyıcının təyyarəsi su tağı ilə qarşılanıb.

Varşavadan Bakıya və geriyə uçuşlar həftədə dörd dəfə “LOT” aviaşirkəti tərəfindən yerinə yetiriləcək.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Polşa aviadaşıyıcısının ilk reysinin necə qarşılandığını videoçarxda görmək olar:

 

Report.az

ƏVVƏLKİ XƏBƏR

Corc Dik: "Süfrəniz daim düşbərə və kababla dolu olsun"

SONRAKI XƏBƏR

Narkotik təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb