"Egey regionu bir, Aralıq dənizi başqa bir gözəllikdir, İstanbul isə ölkənin vizit kartıdır..."

"Egey regionu bir, Aralıq dənizi başqa bir gözəllikdir, İstanbul isə ölkənin vizit kartıdır..."<span class="qirmizi"></span>

"Türkiyə turizmi bir nəfər üçün min dollara layiqdir..."

"Turizm sahəsində əsas bazarlarımız olan Rusiya ilə Ukraynaya alternativlərimiz var"

"Türkiyəyə turist axınına görə ilk yerləri Almanıya, Bolqarıstan və İran tutur"

Türkiyə Rusiya və Ukraynadan milyonlarla turist qəbul etməyi planlaşdırıb, lakin "xüsusi əməliyyat" ucbatından Ankaranın gözlədiyi turist axını baş verməyib. Bunlara rəğmən, Ankara onlara əlternativ tapıb və rekord göstəricilərə nail olub.

Moderator.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Türkiyənin otellər Federasiyasının rəhbəri Sururi Çorabatır məlumat verib ki, Türkiyənin turizm sahəsində alternativ bazarları var. Məsələn, Polşa, Çexiya, Rumıniya, Albaniya və Böyük Britaniyanın bazarları kimi.

Çorabatır agentliyə verdiyi müsahibəsində qeyd edib ki, Türkiyə cari ilin ilk dörd ayı ərzində 7,48 milyonu xarici olmaqla 8,89 milyon turist qəbul edib.

Onun sözlərinə görə, ötən ilin müvafiq dövrünə nisbətən, göstəricilər 172,51 faiz artıb.
2022-ci ilin əvvəlində turizm sahəsinin nümayəndələri 2019- cu ilin ən yüksək göstəricilərini üstələməyə səy göstərib, lakin Rusiya ilə Ukrayna arasında hərbi münaqişə ilə bağlı öz gözləntilərinə yenidən baxmalı olub.

Çorabatır diqqəti ona yönəldib ki, Rusiya ilə Ukrayna Türkiyənin turizm sahəsinin bazarları üçün iki ən mühüm bazarlarıdır, ilin əvvəlindən Türkiyədə xarici turistlərin sayına görə, ümumilikdə, müsbət dinamika əldə edilib.

"Alternativ bazarlar üzə çıxıb"

TÜROFED rəhbəri deyib ki, cari ilin yanvar- aprel aylarında turist axınına görə birinci yeri Almaniya, ikinci yeri Bolqarıstan, üçüncü yeri İran tutub.

Daha sonra Rusiya və Böyük Britaniya gəlir.

"Bu mövsümdə alternativ bazarlar meydana çıxıb, - Çorabatır davam edib. - Məsələn, biz görürük ki, Polşa, Çexiya, Slovakiya, Rumıniya, Albaniya kimi ölkələr tərəfindən tələbat artır, bundan başqa, Britaniya bazarı geri dönməkdədir.

Bununla yanaşı, Birləşmiş Ərəb Əmirliklərindən, Yaxın Şərqdən sifarişlər gəlməkdədir. İsrail bazarı da vüsət alır. Hətta Rusiya və Ukrayna istiqamətində itkiləri kompensasiya edə biməyəcəyimiz güman edilsə belə, ümid edirəm ki, biz hədəflədiyimiz rəqəmlərə çatacağıq.

Türkiyənin mühüm üstünlükləri var, bir çox regionlar ölkəmizdən bir neçə saatlıq uçuş məsafəsində yerləşir, xüsusilə yaxın dövlətlərdən xeyli sayda sifarişlər daxil olur.

Bununla yanaşı, Türkiyənin bir çox turizm istiqamətləri var.

"Egey regionu bir gözəllik, Aralıq dənizi başqa bir gözəllikdir. Düşünürük ki, Türkiyənin vizit kartı olan İstanbul bu ildə də çox ciddi tələb edilən şəhər olacaq", - TÜROFED rəhbəri əlavə edib.

Çorabatır vurğulayıb ki, Türkiyənin yerdəyişmə və türizmin inkişafı üzrə agentliyinin reklam fəaliyyəti də bu gün ölkənin turist mobilliyində aktiv rol oynayıb.

Türkiyənin mədəniyyət və turizm nazirliyinin maraqlı tərəflərlə ahəngdar fəaliyyəti həm koronavirus pandemiyasının, həm də Rusiya ilə Ukrayna arasında hərbi münaqişənin təsirinin öhdəsindən gələ bilib, agentliyin həmsöhbəti deyib. Onun sözlərinə görə, bu hadisələrin gedişində müxtəlif bazarların olmasının necə vacib olduğu daha aydın olub.

Əvvəlcədən bu istiqamətdə tədbirlər görülməsi cəhdlərindən danışarkən, TÜROFED rəhbəri deyib: "İspaniya, Yunanıstan, İtaliya, Fransa və hətta ABŞ son iki- üç ildə turizmin əhəmiyyətini daha yaxşı anlamağa başlayıb. Türkiyə iqtisadiyyatı üçün turizm çox mühüm sektordur. Pandemiya dövründə başqa ölkələr öz büdcələrini qoruyub saxlamaq üçün reklam fəaliyyətini dayandıran zaman biz əks istiqamətdə hərəkət etmişik. Biz öz turizmimizi bütün dünyada irəliyə aparmışıq".

Çorabatır qeyd edib ki, xüsusilə pandemiyadan sonra turizm sahəsində tələblər dəyişib.

Onun sözlərinə görə, ekslüziv və fərdi üstünlüklər bir nəfər üçün məzuniyyət xərclərinin artmasına gətirib çıxarıb.

"Hazırda Türkiyədə turizmdən əldə edilən gəlirlər bir nəfər üçün 670-dən 830, hətta 840 dollaradək artıb. Lakin ölkə turizmi min dollara layiqdir. Biz bunun üzərində işləyirik", - Çerobatır sözlərinə yekun vurub.

Mənbə: moderator.az