"Bir aydan sonra Rusiyanı rusiyalıların ağlına da gəlməyən nəhəng bir hadisə gözləyir…"

"Bir aydan sonra Rusiyanı rusiyalıların ağlına da gəlməyən nəhəng bir hadisə gözləyir…"<span class="qirmizi"></span>

Kreml bunu xəyalına belə gətirmirdi: Rusiya Federasiyası dünya tarixində unikal bir hadisəyə necə səbəb ola bilər?..

 

Ukraynada qanlı müharibəyə başlayan Rusiya tarixi defoltun astanasında dayanıb. Onun haqqında artıq bir ay ərzində elan edilə bilər.

 

Moderator.az xəbər verir ki, bu barədə “Reuters” nəşri yazır.

 

Dünya sərmayəçilərinin fikrincə, Rusiyadakı vəziyyət tarixdə ilk dəfə ola bilər ki, bazarın formalaşmağa davam etdiyi bir ölkə dövlət xəzinəsində vəsait çatışmazlığına görə deyil, borc öhdəliklərinin ödənilməsinin texniki şərtlərə görə mümkünsüzlüyü ucbatından istiqrazlar üzrə defolt elan etmək məcburiyyətində qalacaq.

 

"Bu böhran digər inkişaf etməkdə olan bazarların böhranlarından çox fərqlidir; söhbət ödəmə qabiliyyəti və ya istəyi ilə bağlı deyil, onlar texniki cəhətdən ödəyə bilməyəcəklər"- deyə "Capital Group"-un baş investisiya direktoru Flavio Karpentsano jurnalistlərə bildirib.

 

Bundan əlavə, Rusiya iqtisadiyyatını Ukraynadakı müharibəyə görə beynəlxalq sanksiyalar və Kremlin cavab tədbirləri də “bitirir”. Hakimiyyət bu hərəkətləri ilə faktiki olaraq ölkəni beynəlxalq maliyyə sistemlərindən tamamilə ayırıb. ABŞ-ın fikrincə, Rusiyanın Ukraynadakı müharibəsi dünyanın bir çox ölkəsində inflyasiyanı sürətləndirsə də, Rusiya Federasiyasının potensial defoltunun qlobal iqtisadiyyata yalnız minimal təsiri olacaq.

 

Çünki Rusiyanın maliyyə izolyasiyası mümkün defoltdan əvvəl də başlayıb, ona görə də dünyanın qalan hissəsində iqtisadi proseslər ciddi şəkildə dəyişməyəcək.

 

Sultan Laçın

Mənbə: moderator.az