Bayden Ukraynadan polad tədarükünü rüsumdan azad edib

Bayden Ukraynadan polad tədarükünü rüsumdan azad edib<span class="qirmizi"></span>

ABŞ Prezidenti Cozef Bayden Amerika bazarına tədarük edilən Ukraynanın polad və polad məhsullarını bir il müddətinə 25% rüsumdan azad edəcəyini açıqlayıb.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

“Mən Ukraynadan polad və polad məmulatlarının idxalı ilə bağlı 9705 saylı Bəyannamədə nəzərdə tutulmuş tarifləri bir il müddətinə dayandırmaq qərarına gəldim”-deyə, Bayden qeyd edib.

O, ötən il ABŞ-ın polad idxalının 1%-dən azının Ukraynanın payına düşdüyünə diqqət çəkib. Ağ Ev rəhbərinin proqnozlarına görə, Ukrayna və Rusiya arasında münaqişə kontekstində polad istehsalı və tədarükü daha da aşağı olacaq.

Mənbə: report.az