Rüsum ləğv edildi, ət isə ucuzlaşmayacaq

Ölkədə heyvandarlıqla məşğul olanlardan, xüsusilə ət satışı ilə əlaqəli heyvan saxlanılmasından söhbət ediriksə, həmin şəxslərin heç də hamısı müvafiq rüsumu ödəyərək, baytarlıq pasportu almırdı.

Bu sözləri Axar.az-a iqtisadçı ekspert Pərviz Heydərov baytarlıq pasportunun alınması tələbinin və buna görə 20 manat dövlət rüsumunun ləğvinin ətin qiymətinə təsiri haqda məlumatı şərh edərkən bildirib.

“Bu qərarın ölkədə ətin qiymətinin aşağı düşməsinə heç bir təsiri olmayacaq. Ölkədə ət qiymətinin formalaşmasında qeyd olunan dövlət rüsumunun ümumiyyətlə heç bir təsiri yox idi. Bazarda ətin qiyməti müvafiq olaraq, təklif və tələbin nisbətinə əsasən müəyyən olunur”, - ekspert bildirib.

P.Heydərov qeyd edib ki, qiymətlərə təsiri olmasa belə, sözügedən dövlət rüsumunun ləvğ olunması çox müsbət qərardır.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyə XİN İsrailə təşəkkür edib

SONRAKI XƏBƏR

Toy faciəyə döndü - Gəlin öldü, Bəy həbsə düşdü - VİDEO