Britaniya Rusiyaya yeni sanksiya tətbiq etdi

Bu gün Britaniya hökuməti Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunduğunu elan edib.

Axar.az xəbər verir ki, bu barədə “Avropa həqiqətləri” məlumat yayıb.

Məlumata görə, söhbət Rusiyada kimyəvi və bioloji silahlar, dəniz sektoru və neft emalı sənayesi ilə bağlı mal, texnologiyaların ixracı, tədarükü, çatdırılması, aviasiya yanacağı və yanacaq əlavələrinin ixracı və ya istifadəsinə qoyulan qadağadan gedir. Rusiyaya həmçinin dəmir və polad idxalı ilə bağlı texniki yardım, maliyyə və broker xidmətləri göstərilməsi qadağan ediləcək.

Qeyd edək ki, məhdudiyyətlər müvəqqəti olaraq Ukrayna hökumətinin nəzarətində olmayan ərazilərə də şamil edilib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda adam oğurluğu olub?

SONRAKI XƏBƏR

Sürət həddini aşan sürücü boz qurd işarəsi verib radara düşdü - VİDEO