Mayda 30 mindən çox daşınmaz əmlakın mülkiyyət hüququnun - QEYDİYYATI APARILIB

Mayda 30 mindən çox daşınmaz əmlakın mülkiyyət hüququnun - QEYDİYYATI APARILIB<span class="qirmizi"></span>

Bu ilin may ayında 31 862 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb ki, onlardan 3 856 fərdi yaşayış və bağ evidir.

FED.az bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.

Hesabat dövründə mülkiyyət hüququnun qeydiyyatı aparılan mənzil sayı isə 6 744 olub. Dövlət Xidmətinin məlumatına əsasən, 20 344 torpaq sahəsi üzərində də analoji qeydiyyat aparılıb.

 

Mənbə: fed.az