Rusiya hökuməti rublun bahalaşması ilə əlaqədar yeni plan - HAZIRLAYIR

Rusiyaya qarşı tətbiq edilən sanksiyalara görə ölkə birbaşa dollar və avro ala bilmir.

 

FED.az xəbər verir ki, Rusiyanın maliyyə naziri Anton Siluanov bəyan edib ki, hökumət müharibədən əvvəlki fiskal qaydasına bənzər versiyanı tətbiq etməklə valyuta gəlirlərini artırmağı və bununla da rublun dəyərini aşağı salmağı hədəfləyir. Yeni yanaşma ilə sanksiyalardan təsirlənməyən valyutalar hədəfə alına bilər. Siluanov hansı valyutaları almağı planlaşdırdıqlarını açıqlamayıb.

Siluanov Rusiyanın işgüzar dairələri ilə görüşdə “Biz məzənnəyə təsir etmək üçün dost ölkələrin valyutalarına sərmayə qoymağa hazırıq. Dollar və avro ilə çarpaz məzənnələr vasitəsilə rublun dollar və avro qarşısında məzənnəsini tənzimləyəcəyik. Hökumət bu planla gələn həftə rublun dəyərinə dair digər addımları müzakirə edəcək",- deyib.

“Bu cür alışlar rublu zəiflətmək üçün kifayət qədər güclü olmayacaq”

Rusiyanın İqtisadi inkişaf naziri Maksim Reşetnikov həmin iclasda bildirib ki, bu cür alışlar nəhəng ixrac gəlirlərini qarşılaya bilməyəcək və beləliklə də rublu zəiflətəcək gücdə olmayacaq.

Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina bildirib ki, onlar müharibədən əvvəlki fiskal qaydaya qayıtmağı dəstəkləsələr də, sanksiyalara görə sərmayə qoymaq üçün xarici valyuta tapmaq çətin ola bilər.

Rubl dollar qarşısında son 7 ilin ən yüksək səviyyəsindədir. Bu gün Dollar/Rubl məzənnəsi 2015-ci ildən bu yana ilk dəfə 51 rubldan aşağı düşüb. (Marja)

Fed.az

ƏVVƏLKİ XƏBƏR

“Ekoloji risk artır, Azərbaycanın 60 faizə yaxın ərazisində...“ – Alimdən çağırış

SONRAKI XƏBƏR

Boris Conson Ərdoğanla türkcə zarafatlaşdı, Bayden güldü - VİDEO