Bir ədəd gilas 500 manata - ŞOK QİYMƏT - FOTOLAR

Bir ədəd gilas 500 manata - ŞOK QİYMƏT - FOTOLAR<span class="qirmizi"></span>

Yaponiyada keçirilən hərrac zamanı "Aomori Heartbeat" növündən olan bir ədəd gilas 40 000 yenə (təxminən 500 manata) satılıb.

BiG.AZ xəbər verirki, bu barədə NHK telekanalı məlumat yayıb.

Belə ki, içində 15 ədəd gilas olan qutu 600 000 yenə (təxminən 7000 manata) satılıb. Bu, 2021-ci ilin qiymətlərindən 25% yüksəkdir.

Ümumilikdə, bu növ gilasdan 11 qutu satılıb.

Qeyd edək ki, Aomori prefekturasının istehsalçıları özlərinin yetişdirdikləri "Aomori Heartbeat" növünü üç il öncə bazara çıxarıblar. Yeni növ giləmeyvənin ölçüsü (diametri 2-2,5 santimetrə qədər), tünd qırmızı rəngi, parlaqlığı və dadı ilə seçilir.

Natəvan Baxşiyeva

 

 

Mənbə: big.az