Türkiyənin xarici ticarət dövriyyəsi 248 milyard dolları ötüb

Türkiyənin xarici ticarət dövriyyəsi 248 milyard dolları ötüb<span class="qirmizi"></span>

Bakı. Trend:

2022-ci ilin mayında Türkiyənin xarici ticarət dövriyyəsi 48,572milyard dollar təşkil edib.

Trend-inməlumatına görə, bu barədə TurkicWorld-ə ölkənin Ticarət Nazirliyindənbildiriblər.

May ayında Türkiyənin ixracı ötən ilin mayı ilə müqayisədə 15,3faiz artaraq 19,984 milyard dollara, idxalı isə 43,5 faiz artaraq29,588 milyard dollara çatıb.

Türkiyənin 2022-ci ilin yanvar-may aylarında xarici ticarətdövriyyəsi 248,144 milyard dollar təşkil edib.

 

Hesabat dövründə Türkiyənin ixracı ötən ilin eyni dövrü iləmüqayisədə 20,4 faiz artaraq 102,469 milyard dollara, idxalı isə40,8 faiz artaraq 145,675 milyard dollara çatıb.

Qeyd edək ki, 2021-ci ildə Türkiyənin xarici ticarət dövriyyəsi496,715 milyard dollar, ixracı 225,291 milyard dollar, idxalı271,424 milyard dollar təşkil etmişdi.

(Tərcümə: Orxan Nəbiyev)

Mənbə: az.trend.az