ABŞ Kərimova məxsus 1 milyard dollarlıq etibar fondunu blokladı

ABŞ sanksiyaları altında olan rusiyalı senator Süleyman Kərimovun pay sahibi olduğu 1 milyard dollarlıq etibar fondunu bloklayıb.

"Unikal" xəbər verir ki, bu braədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb:

"Bu gün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi elan edib ki, o, rusiyalı oliqarx Süleyman Kərimovun pay sahibi olduğu Heritage Trust-a əmlakın bloklanması barədə bildiriş göndərib. İyun ayı üzrə Heritage Trust 1 milyard dollardan artıq aktivlərə sahibdir. Bu tədbir bu vəsaitlərin bloklanmış və Kərimov üçün əlçatmaz qalmasını təmin edəcək”, - bəyanatda deyilir.

Gültəkin Ələsgər

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Ramil Usubov Ankarada Türk Dövlətləri Təşkilatının iclasında iştirak edib

SONRAKI XƏBƏR

İtaliyada ara qarışdı: Dragi NATO sammitindən erkən ayrıldı