“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi 826 milyon dollarlıq ixraca kömək edib

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi 826 milyon dollarlıq ixraca kömək edib<span class="qirmizi"></span>

Bu ilin iyun ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 20 milyon ABŞ dolları olub.

“Report” xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın aprel buraxılışında qeyd edilir.

Sənədə əsasən, bu, ötən ilin iyun ayı ilə müqayisədə 9,1 % azdır.

2017-ci ildən 2022-ci ilin iyun ayına qədər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 826,3 milyon ABŞ dolları təşkil edib.

Mənbə: report.az