Azərbaycanın ixracatçı şirkətlərinin reytinqi açıqlanıb

Azərbaycanın ixracatçı şirkətlərinin reytinqi açıqlanıb<span class="qirmizi"></span>

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəz qeyri-neft sektoru üzrə 2022-ci ilin yanvar-may aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqini tərtib edib.

"Report" xəbər verir ki, bu barədə qurumun "İxrac icmalı"nda bildirilir.

Qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin yerli nümayəndəliyi, “P-Aqro” MMC, “STP Alüminium” MMC, “Aqrovest” MMC, “ZR-78 Company” MMC, “Mors Trading” MMC, “Baku Steel Company” QSC, “Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD” MMC, “AzMet” QSC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Azəralüminium” MMC, “Socar Polymer” MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərenerji” ATSC, “AzerGold” QSC, “Azəripək” MMC, “Azərbaycan Hava Yolları” QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti, “Azərbaycan Dəmir Yolları” QSC.

Mənbə: report.az