Səhiyyə naziri: "Azərbaycanda TÜRKOVAC-ın ilkin sınağının nəticəsi müsbətdir"

Səhiyyə naziri: "Azərbaycanda TÜRKOVAC-ın ilkin sınağının nəticəsi müsbətdir"<span class="qirmizi"></span>

Türkiyə istehsalı TÜRKOVAC vaksinin Azərbaycanda 3-cü fazada kliniki sınaq mərhələsi çərçivəsində peyvənd vurduranlar olub.

"Report" xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, bu günə əldə edilən ilkin nəticələr müsbətdir:

"Tam geniş elmi açıqlama tələb olunan sayı əldə etdikdən və Türkiyədə aparılan laborator müayinələrdən sonra yekun nəticələr açıqlanacaq".

Mənbə: report.az