Azərbaycan və Türkiyənin "Preferensial Ticarət Sazişi”ni genişlənməsi təklif olunur

Azərbaycan və Türkiyənin "Preferensial Ticarət Sazişi”ni genişlənməsi təklif olunur<span class="qirmizi"></span>

Azərbaycan və Türkiyə arasında 1 ildən çoxdur ki, qüvvədə olan "Preferensial Ticarət Sazişi” genişləndirməsi təklif olunur.

"Report" xəbər verir ki, bu təklifi Azərbaycanda fəaliyyət göstərən, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan şöbəsinin rəhbəri Rəsad Cabirli səsləndirib.

"Bu saziş şirkətlərə böyük fayda verir. Lakin güzəştli gömrüklə bağlı digər məhsullar və biznes vahidləri ilə bağlı əlavələrin olması məqsədə uyğun olardı. Hazırda sənədin 20-yə yaxın bəndi var və əsasən qida sektorunu əhatə edir", - deyə o, qeyd edib.

Xatırladaq ki, 2020-ci il fevralın 25-də Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” 2021-ci il martın 1-dən qüvvəyə minib. Saziş əsasən bir sıra kənd təsərrüfatı və yeyinti məhsullarının idxalına tətbiq edilən gömrük rüsumlarının qarşılıqlı olaraq azaldılmasını əhatə edir.

Mənbə: report.az