Turizm dövləti ölkəyə giriş qaydalarını sadələşdirdi

Turizm dövləti ölkəyə giriş qaydalarını sadələşdirdi<span class="qirmizi"></span>

Tailand hökuməti xarici turistlər üçün koronavirus məhdudiyyətlərini yüngülləşdirib.

Yeniliklərə əsasən, iyulun 1-i cümə günündən etibarən bütün səyahətçilərin “Thailand Pass”da məcburi qeydiyyat tələbi ləğv edilir. Həmçinin, ölkəyə gələn turistlərdən minimum 10 min dollar məbləğində tibbi sığorta tələb olunmur.

İndi krallığa gələn turistlərin Tailanda səfərdən 72 saat əvvəl peyvənd sertifikatı, PCR və ya antigen testinin nəticələrinin olması kifayətdir. Ölkəyə daxil olarkən mənfi nəticəli test təqdim etməyən peyvənd olunmamış və ya tam peyvənd olunmamış səyahətçilər yerində testdən keçməlidirlər.

 

Mənbə: www.oxu.az