Ukraynalı qaçqınlar üçün gətirilən mallar rüsumdan azad edildi

Avropa Komissiyası (AK) Ukraynadan olan qaçqınlar üçün Aİ ölkələrinə humanitar malların idxalına qoyulan rüsumları müvəqqəti olaraq ləğv edib. Bu barədə Avropa Komissiyasının Brüsseldə yayılan bəyanatında deyilir. "Avropa Komissiyası bu gün üzv dövlətlərə üçüncü ölkələrdən ərzaq, ədyal, çadır, elektrik generatorları və müharibədən zərər çəkmiş ukraynalılar üçün nəzərdə tutulan digər həyat xilasedici avadanlıqların idxalına görə gömrük rüsumlarını və ƏDV-ni müvəqqəti olaraq ləğv etməyə icazə verən qərar qəbul edib. Qərara 31 dekabr 2022-ci il tarixinədək qüvvədə olacaq"-deyə, məlumatda vurğulanır.


 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Yazışmaları ələ keçirən neçə il həbs edilir?

SONRAKI XƏBƏR

Keçmiş “Dəyirman”çının pulunu oğurladılar - FOTO