Paytaxtda bu il ticarət dövriyyəsi 10 mlrd. manatı - KEÇDİ

Paytaxtda bu il ticarət dövriyyəsi 10 mlrd. manatı - KEÇDİ<span class="qirmizi"></span>

Bu ilin yanvar-may aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2021-ci ilin yanvar-may ayları ilə müqayisədə 4,1% artaraq 10 109 mln. manat olub.

 

FED.az xəbər verir ki, Bakı Statistika İdarəsindən verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,1% artaraq 5 120,8 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,5% artaraq 4 988,2 mln. manata bərabər olub.

Məlumata görə, istehlak məhsullarının 37,9%-i hüquqi şəxs statuslu müəssisələrdə, 34,5%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 27,6%-i isə paytaxtın məhsul bazarlarında satılıb. (Apa)

Mənbə: fed.az