İtaliyada inflyasiya səviyyəsi rekord həddə çatıb

 

Roma, 1 iyul, AZƏRTAC

İyun ayında İtaliyada illik inflyasiya göstəricisi son 36 ilin ən yüksək səviyyəsinə yüksəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliya Milli Statistika İnstitutu məlumat yayıb. Bildirilib ki, enerji və ərzaq qiymətlərindəki yüksək artımlar inflyasiyanın hərəkətverici qüvvəsi olmaqda davam edir. İyunda İtaliyada inflyasiya 8,2 faiz səviyyəsində olub və bu, 1986-cı ilin yanvarından bəri qeydə alınan ən yüksək göstəricidir.

İnflyasiya aylıq müqayisədə 1,2 faiz, illik müqayisədə isə 8 faiz artıb.

 

Nihad Budaqov

Roma

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

107 yaşlı qadın uzunömürlülüyün sirrini açdı - Ərim...

SONRAKI XƏBƏR

Türkiyə ordusu şəhid verdi