Aviabiletlərin ən ucuz olduğu günlər məlum olub

Aviabiletlərin ən ucuz olduğu günlər məlum olub<span class="qirmizi"></span>

Vinogradov.story səyahət bloqunun müəllifi Vladimir Vinoqradov MIR24 telekanalına müsahibəsində ən yaxşı qiymətə aviabiletləri necə tapmaq barədə danışıb. Səyahətçinin sözlərinə görə, indi “qabaqcadan bilet al” qaydası tətbiq edilmir, çünki daşıma qiymətləri, qapalı/açıq ölkələr haqqında məlumatlar daim dəyişir. Lakin Vinoqradovun qeyd etdiyi kimi, bilet almaq üçün həftənin müəyyən günlərini seçmək məsləhəti hələ də aktualdır.

“Aviabiletlərə gəldikdə, bir qayda hələ də qüvvədədir - yəni onların qiymətinin həftənin günündən asılılığı. Ən sərfəli təkliflər çərşənbə axşamı və çərşənbə günləri, ən bahalı aviabiletlər isə həftə sonları satılır”, - deyə ekspert bildirib.
 

 

Mənbə: azvision.az