Rusiyalı milyarderlər bu il 36 milyard dollar itiriblər

Rusiyadan olan ən varlı sahibkarların ümumi sərvəti bu ilin əvvəlindən kəskin azalıb - 35,94 milyard dollar.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə “Bloomberg Billionaires Index”in (BBI) məlumatlarına əsaslanaraq məlumat yayılıb.

Ən çox itkisi 5,94 milyard dollara (22,9 milyard dollara qədər) çatan "Severstal"ın ortaq sahibi Aleksey Mordaşov olub.

Bu arada, Rusiyanın ən zəngini, “Norilsk Nikel”in əsas sahiblərindən biri Vladimir Potanin bu müddət ərzində sərvətini 4,39 milyard dollar artıraraq 35,2 milyard dollara çatdıra bilib.

İndeks milyarderlərin pay sahibi olduğu şirkətlərin səhmlərinin dəyəri əsasında hesablanır. Ümumilikdə, BBI reytinqinə dünyanın 500 ən varlı adamı daxildir, indi isə bu siyahıda Rusiyanın 26 vətəndaşı var. Onların ümumi sərvəti iyulun 1-nə 354,64 milyard dollar təşkil edib.

Xatırladaq ki, iyunun 14-dəki məlumata görə, “Bloomberg”in yaratdığı “Milyarderlər indeksi”nə əsasən, dünyanın 500 ən varlı adamı 2022-ci ilin əvvəlindən 1,4 trilyon dollar itirib.

“Bloomberg”in ümumi milyarderlər reytinqində 190-cı yerdə olan “Binance” kriptovalyuta birjasının qurucusu Çanpen Çjao ən böyük itkiyə məruz qalıb. İlin əvvəlindən o, 85,6 milyard dollar itirib. Agentlik onun hazırkı sərvətini 10,2 milyard dollar qiymətləndirir.

Lent.az

ƏVVƏLKİ XƏBƏR

Dünyanın ən bahalı futbolçuları - İlk onluq

SONRAKI XƏBƏR

Ukrayna XİN başçısı iranlı həmkarını ölkəsinə dəvət edib