Türkiyə Türkmənistanda ilk yaşıl enerji obyektini tikəcək

Türkiyə Türkmənistanda  ilk yaşıl enerji obyektini tikəcək<span class="qirmizi"></span>

Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun imzaladığı sərəncama əsasən Türkiyənin “Çalık Enerji” şirkəti ilə günəş və külək elektrik stansiyasının layihələndirilməsi və tikintisi üçün müqavilə imzalanacaq. Eelektrik stansiyası Balkan bölgəsinin Serdar rayonunda tikiləcək. Onun gücü 10 MVt olacaq. Tikintiyə 2022-ci ilin iyulunda başlanacağı gözlənilir və obyektin 2024-cü ilin yanvarında istifadəyə verilməsi planlaşdırılır. Elektrik stansiyası Türkmənistanda bərpa olunan enerji mənbələri ilə işləyən ilk obyekt olacaq.

Ölkə gözləyir ki, bu cür elektrik stansiyaları kənd əhalisinin və mərkəzi enerji təchizatı sistemindən uzaq ərazilərin enerji təminatını yaxşılaşdıracaq.
 

 

Mənbə: azvision.az