Almaniyada yüksək inflyasiyanın əsas günahkarı açıqlandı

Almaniyada yüksək inflyasiyanın əsas günahkarı açıqlandı<span class="qirmizi"></span>

 

“Ifo Münhen İqtisadi Tədqiqatlar İnstitutu”nun keçmiş rəhbəri, professor Hans-Verner Zinn iddia edir ki, Avropanın qeyri-adi yüksək inflyasiyanın əsas məsuliyyəti Avropa Mərkəzi Bankının üzərinə düşür. Onun sözlərinə görə, Aİ-də inflyasiyanın günahının yalnız Rusiya Federasiyasında olması ilə bağlı iddialar vəziyyətin yalnız sadələşdirilmiş mənzərəsini təqdim edir. Avropa Mərkəzi Bankı “fitili yandırdı” və COVID-19 pandemiyasının yaratdığı böhran “hər şeyi ətrafında yandıran bir kibriddir”.

İndiki inflyasiyanın səviyyəsi yüksəkdir, vəziyyət isə getdikcə pisləşir: Almaniyada istehsalçıların xərcləri 33,6%, İspaniya və İtaliyada 40%-dən çox, istehlak qiymətləri isə göstərilən dəyərlərin ən azı üçdə biri qədər artır. “Gələcək üçün parlaq perspektivlər yoxdur”-deyə, o bildirib.
 

 

Mənbə: azvision.az