Azərbaycana ən çox dollar gətirən 10 şəxs kimdir? – Adlar

Azərbaycana ən çox dollar gətirən 10 şəxs kimdir? – Adlar<span class="qirmizi"></span>


Bu ilin ilk 5 ayı ərzində Azərbaycanın ümumi ixracı 15,4 milyard dollar olub və bunun 1,2 milyard dolları qeyri-neft sektorunun payına düşüb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 280,6 milyon dollar və ya 30,9% artıb.
2022-ci ilin yanvar-may ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq (123,7 milyon dollar) birinci, pomidor (91 milyon dollar) ikinci, karbamid (84,1 milyon dollar) isə üçüncü olub.
Bu ilin ilk 5 ayında xarici ölkələrə ən çox qeyri-neft məhsulları ixrac edən özəl şirkətlərin ilk 10-luğu aşağıdakı kimi olub. Şirkət Rəhbəri İxracın miqdarı “MKT İstehsalat Kommersiya” MMC
(VÖEN- 9900008361) Həsənov Rövşən 79,6 milyon dollar “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycandakı nümayəndəliyi
(VÖEN- 9900047801) Mohammad Reza 40,9 milyon dollar “P-Aqro” MMC
(VÖEN-1404226851) Əlizadə Azər 24,8 milyon dollar “STP Alüminium” MMC
(VÖEN- 2906014721) Əliyev Fərhad 17 milyon dollar “Aqrovest” MMC
(VÖEN- 1403866861) Aslanov Maarif 16,5 milyon dollar “ZR-78 Company” MMC
(VÖEN-1102486011) Gasanov Nasıb 15,8 milyon dollar “Mors Trading” MMC
(VÖEN-1604639301) Mehmet Savaş Uzan 14,5 milyon dollar “Baku Steel Company” QSC
(VÖEN-1000062011) Zeynalov Həmid 12,3 milyon dollar “Ram Beynəlxalq Nəqliyyat və Ticarət Ltd” MMC
(VÖEN- 1600030111) Rzayev Ramiz 10,6 milyon dollar “Azmet” QSC
(VÖEN - 6402897671) İbrahimov Murad 10,6 milyon dollar
A.Cəfərov
 

Mənbə: www.yeniavaz.com