"Rusiya sanksiyalara cavab olaraq neft istehsalını kəskin azaldacaq..." - "Bloomberg"

"Sanksiyalara cavab olaraq Putin neftin bir barrelini 380 dollara çatdırmaq gücünə malikdir"

ABŞ-ın ən iri bankı olan JPMorgan Chase mümkün ekstremal ssenari barədə xəbərdarlıq edib, bu zaman Rusiya sanksiyalara cavab olaraq neft tədarükünü kəskin şəkildə azaldacaq. O zaman neft qiymətlərinin indiki dinamikası durğunluğun bəxtiyar dövrü kimi görünəcək.

 

Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.

 

JPMorgan Chase analitikləri öz hesabatını cümə günü, iyulun 1-də dərc edib.

 

Hesabatda deyilir ki, sənayecə inkişaf etmiş yeddi ölkələr qrupu (G7) hazırda Rusiya tədarükləri və onların mümkün azaldılmasını nəzərə alaraq, neftin qiymətini məhdudlaşdıran mürəkkəb mexanizm işləyib hazırlayır. Sonuncu daha çox realdır, "Bloomberg" vurğulayıb.

 

Rusiya hökumətinin güclü büdcə mövqeyi ona öz iqtisadiyyatına əhəmiyyətli dərəcədə zərər vurmadan xam neftin hasilini sutkada 5 milyon barrel azaltmağa imkan verəcək. Lakin yerdə qalan dünya üçün bu, fəlakətli ola bilər.

 

Hazırda Brent markalı neft London birjasında bir barreli 111, 6 dollara, WTI markalı neft isə 108 dollara satılır. Həm də iyunun ikinci yarısı birinci yarısından qiymətlərin müsbət dinamikası ilə fərqlənib. Neftin sutkalıq tədarükünün 3 milyon barrel azaldılması neftin qiymətini bir barrelə görə 190 dollaradək artıracaq.

Daha ekstremal ssenaridə, sutkada 5 milyon barrel azaldılması halında neftin qiyməti 380 dollaradək qalxa bilər.

 

Və bu, gerçək riskdir, çünki Rusiya hökuməti Qərbə zərər vurmaq üçün bu addıma gedə bilər.

 

Bu arada isə Neft İxrac edən Ölkələrin Təşkilatı (OPEK) iyun ayında neft hasilatını bundan öncə 100 min barrel azaltdıqdan sonra 120 min barrel azaldıb.

Hətta Səudiyyə Ərəbistanı ABŞ prezidenti Co Baydenin səfəri ərəfəsində neft hasilatını artırmayıb. Neft qıtlığı, aydındır ki, Putinin əlinə oynayır.

 

Bunun nəticəsi olaraq, xam neft idxal edən ölkələr neft məhsullarının ixracına qadağanedici vergilər göymağa başlayır. Məsələn, Hindistan belə davranıb. Bütün bunların nəticəsində ABŞ-da benzinin qiyməti tarixdə ilk dəfə olaraq bir hallona görə 5 dollar qalxıb. Lakin əgər Putin sanksiyalara cavab olaraq kəskin addımlar atarsa, baş verəcəklərlə müqayisədə bütün bunlar güllər kimi görünəcək.

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ-ın Akron şəhərində Müstəqillik Günü tədbirləri ləğv edilib

SONRAKI XƏBƏR

Sığorta yığımları artsa da ödənişlər azalır - AÇIQLAMA + VİDEO