Ağılı olan heç kim bunun mümkünsüzlüyünü iddia edə bilməz  - almaniyalı nazir

Almaniyanın vitse-kansleri və iqtisadiyyat naziri Robert Habek Rusiyanın bu ay planlaşdırılan illik təmirdən sonra "“Şimal axını 1” qaz kəməri ilə qaz nəqlini dayandıracağından narahatlığını ifadə edib.

"Ölkə.az" xəbər verir ki, o bu barədə "Die Zeit” qəzetinə müsahibəsində deyib.

"Ağılı olan heç kim bunun mümkünsüzlüyünü iddia edə bilməz" deyən nazir, yüksək enerji qiymətlərinin təhlükəli olduğunu vurğulayıb.

Bir gün əvvəl “Şimal axını”nın operatoru “Nord Stream AG” qaz kəmərinin illik planlaşdırılmış təmir işləri ilə əlaqədar iyulun 11-dən iyulun 21-dək işləməyəcəyini açıqlamışdı. Şirkətdən verilən məlumata görə, qaz kəmərinin hər iki xətti müvəqqəti olaraq dayandırılacaq. Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko əmin edib ki, qərarda heç bir siyasi fon yoxdur.

Elvin

Ölkə.az

 

Olke.az

ƏVVƏLKİ XƏBƏR

Özbəkistan Prezidenti Qaraqalpaqda fövqəladə vəziyyət rejimi tətbiq edib

SONRAKI XƏBƏR

ABŞ-la Türkiyə arasında kritik görüş