"Bakmil" stansiyası istiqamətində metro qatarlarının iş qrafiki dəyişdirilib

"Bakmil" stansiyası istiqamətində metro qatarlarının iş qrafiki dəyişdirilib<span class="qirmizi"></span>

Bakı. Trend:

Aparılmış monitorinqlərin nəticəsinə əsasən, 4 iyul 2022-ci iltarixindən iş günləri ərzində "Bakmil" stansiyası və əksinə hərəkətedən qatarların cədvəlinə dəyişiklik edilib.

"Bakı Metropoliteni" QSC-dən Trend-ə verilən məlumata görə,"Bakmil"dən xəttə daxil olan və "Nəriman Nərimanov" stansiyasındaxətdən çıxarılan qatarların hərəkət cədvəli ilə Bakımetropoliteninin rəsmi saytının müvafiq bölməsində(http://metro.gov.az/az/schedule) tanış ola bilərsiniz.

Yeni iş həftəsi ərzində digər dəyişikliklər barədə sərnişinlərəəlavə məlumatlar təqdim olunacaq.

Mənbə: az.trend.az