Bu ölkədə yanacaq tükəndi, marşrutlar işi dayandırdı

Şri-Lankada yanacaq ehtiyatı bir günlük qalıb, ictimai nəqliyyat artıq fəaliyyətini dayandırıb.

Axar.az xəbər verir ki, bu sözləri ölkənin energetika naziri Kançan Vicesekar iqtisadi krizisin dərinləşməsi ilə bağlı çıxışında deyib.

Nazir qeyd edib ki, ölkədə cəmi 4 min ton yanacaq qalıb, bu isə günlük tələbatdan azca çoxdur:

“Benzinin növbəti tədarükü 22-23 iyul üçün gözlənilir. Başqa tədarükçülərlə də əlaqə saxlamışıq, ancaq iyulun 22-dən tez yanacaq söz verə bilmərik”.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Fransa Aİ-dən çıxa bilər

SONRAKI XƏBƏR

Makron Putinlə gizli söhbəti yaydı – Zaxarova qəzəbləndi