Londonda unikal avtomobil satışa çıxarıldı

 

Hələ 2015-ci ildə “McLaren” şirkəti 650S superkarının ən güclü versiyasına çevrilən 675LT idman avtomobilini təqdim edib.

Lakin bu, “McLaren Special Operations” zavod bölməsinin mütəxəssislərinə kifayət etməyib və onlar “McLaren MSO HS”, həmçinin “McLaren 688 HS” kimi tanınan, məhdud sayda - cəmi 25 nüsxə ilə modelin xüsusi versiyasını hazırlayıblar.

Xüsusi kuzov dizaynı almış unikal avtomobillərdən biri indi “McLaren London” diler mərkəzində satışa çıxarılıb.

İstifadə olunmuş avtomobil yeni modellərdən baha satılır. Təxminən 3200 kilometr məsafə qət edən unikal avtomobilin qiyməti 736 min dollardır.

Mənbə: motor.ru

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Tramp prezidentlik yarışına başlayır

SONRAKI XƏBƏR

Xoruz ölən toyuğun cücələrinə analıq edir - VİDEO