Əcnəbi işçilər üçün ən bahalı şəhərlər açıqlandı

 

“Mercer” əcnəbi işçilər üçün ən bahalı şəhərlərin illik reytinqini yeniləyib.

Ofisləri 40-dan çox ölkədə yerləşən şirkətin beynəlxalq konsaltinq araşdırmasına əsasən, Honq-Konq evdən kənarda işləyən və yaşayanlar üçün dünyanın ən bahalı şəhəri olub.

İllik sorğuda qida, mənzil, şəxsi gigiyena və sair kimi kateqoriyalar üzrə 200-dən çox məhsul və xidmət qiymətləndirilib.

Beləliklə də, xaricdə yaşamaq və işləmək üçün ən bahalı 10 yerin siyahısı aşağıdakı kimi alınıb:

1. Honq-Konq, Çin;

2. Sürix, İsveçrə;

3. Cenevrə, İsveçrə;

4. Bazel, İsveçrə;

5. Bern, İsveçrə;

6. Təl-Əviv, İsrail;

7. Nyu-York, ABŞ;

8. Sinqapur;

9. Tokio, Yaponiya;

10. Pekin, Çin.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

“Moskva-Siti” göydələnlərinin birində yanğın baş verib - VİDEO

SONRAKI XƏBƏR

Yaponiya Rusiyadan qaz almağa davam edəcək