Tarixdə ilk dəfə Avropanın ABŞ-dan aldığı qaz Rusiya qazını üstələyib

Tarixdə ilk dəfə Avropanın ABŞ-dan aldığı qaz Rusiya qazını üstələyib<span class="qirmizi"></span>

Avropanın qaz bazarında tarixi hadisə baş verib.

Beynəlxalq Enerji Agentliyi (IEA) bəyan edib ki, ilk dəfə olaraq Avropanın ABŞ-dan aldığı qaz Rusiyadan alınan qazdan daha çox olub.

Belə ki, iyunda Birləşmiş Ştatlar Avropaya daha çox qaz satıb.

IEA-nın rəhbəri Fatih Birol bildirib ki, Rusiya təbii qazının Avropa nəqlənin kəskin azalması onunla nəticələnib ki, Avropaya satılan ABŞ sıxılmış qazı Rusiya qazından artıq olub.

Mənbə: fed.az