Ən böyük kriptovalyuta investisiya fondlarından biri - İFLAS EDİB

Ən böyük kriptovalyuta investisiya fondlarından biri - İFLAS EDİB<span class="qirmizi"></span>

Bir vaxtlar dünyanın ən böyük kriptovalyuta investisiya fondlarından biri olan “Three Arrows” müflis olub.

 

FED.az Banker.az-a istinadən xəbər verir ki, Sinqapurda qeydiyyatdan keçmiş fondun nümayəndələri aktivlərini kreditorlardan qorumağa çalışırlar.

Fond 2012-ci ildə İsveçrənin “Credit Suisse” investisiya bankının keçmiş işçiləri Kayl Devis və Zhu Su tərəfindən yaradılıb. 2021-ci ildə o, 10 milyard dollarlıq aktivi idarə edib.

Ekspertlərin fikrincə, bir neçə il əvvəl fond kriptovalyuta bazarının əsas oyunçularından biri olub. Kriptovalyutaların məzənnəsinin aşağı düşməsi ilə əlaqədar onun aktivlərinin dəyəri əhəmiyyətli dərəcədə azalıb. 2022-ci ilin aprelində bu, cəmi 3 milyard dollar olub.

“Three Arrows”un iflası fonunda bir çox şirkət əməliyyatlarını nəzərdən keçirir və kriptovalyuta bazarlarının düşməsi səbəbindən vəsaitlərin çıxarılmasını sərtləşdirir.

Mənbə: fed.az