Bərdədə artezian quruyub, sakinlər çətin vəziyyətə düşüb - VİDEO

Bərdədə artezian quruyub, sakinlər çətin vəziyyətə düşüb - <span class="qirmizi">VİDEO</span>

Bərdə rayonunun Kələntərli kəndində 50 il əvvəl qazılan artezian quyusunun suyu quruyub.

Milli.Az Xəzər xəbər-ə istinadən xəbər verir ki, hava şəraitinin isti keçməsi həm içməli, həm də suvarma suyuna olan tələbatı artırıb. Öz axarı ilə çıxan quyu suyunun quruması isə insanları çətin vəziyyətə salıb.

70-ə yaxın evə xidmət edən artezian quyusunun quruması sakinləri susuz qoyub. Çıxılmaz vəziyyətə qalan kənd sakinləri dəfələrlə adiyyəti dövlət orqanlarına müraciət etsələr də, müsbət nəticə olmadığını deyirlər.

Su azlığı bostan sahələrinə və meyvə bağlarına da təsir edib. Xüsusilə bağçılıq sahələrində vəziyyət ürəkaçan deyil.

Təsərrüfat sahiblərinin sözlərinə görə, belə vəziyyətdə yüksək məhsuldarlıqdan söhbət gedə bilməz.

Məsələ ilə bağlı Bərdə rayon su kanal idarəsindən bildirilib ki, sözügedən Kələntərli kəndi onların xidmət sahəsinə aid deyil. Kənd camaatı yaranmış problemlə bağlı yerli icra hakimiyyətinə müraciət etsinlər. İcra hakimiyyətindən isə bildirilib ki, Kələntərli kəndi rayonun ən böyük yaşayış məntəqələrindən biridir. Qeyd olunub ki, İcra hakimiyyəti problemdən xəbərdardır. Keçən il 1 artezian quyusu çəkilib. Növbəti artezian quyusunun qurulması dövlər proqramına salınıb və yaxın vaxtlarda yenisinin qurulması planlaşdırılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Mənbə: news.milli.az